Gənc qızı dayanacaqdan qaçırıb  meşədə zorladılar
26 yanvar 2023 19:22 (UTC +04:00)

Gənc qızı dayanacaqdan qaçırıb meşədə zorladılar

Moskvada 3 kişi 22 yaşlı qızı avtobus dayanacağından qaçıraraq meşədə zorlayıblar. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, zərərçəkmiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Onun sözlərinə görə, yanvarın 24-də axşam saatlarında Moskva Dairəvi yolunun 74-cü kilometrliyində nəqliyyat gözləyən zaman 3 nəfərin olduğu avtomobil dayanacağa yaxınlaşıb. Onlar qızı zorla maşına mindirərək meşəyə aparıblar və orada zorlayıblar. Bundan sonra qızı küçədə düşürərək yoxa çıxıblar. 

Hadisə ilə bağlı araşdırma aparılır.

# 2976
avatar

Oxşar yazılar