Gəncədə yaşayış evində meyit aşkarlandı
10 oktyabr 2026 01:16 (UTC +04:00)

Gəncədə yaşayış evində meyit aşkarlandı

0

Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Kişinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar