Goranboyda fərdi yaşayış evi yanıb kül oldu
01 oktyabr 2026 21:08 (UTC +04:00)

Goranboyda fərdi yaşayış evi yanıb kül oldu

0

 

Goranboy rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.

Yanğın kənd sakini, 1984-cü il təvəllüdlü Ş.Mehrəliyevə məxsus ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar