Goranboyda gənc oğlanın meyiti tapılıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Bəşirli kəndinə qeydə alınıb.
Kənd sakini 22 yaşlı Ə. Abbasovun meyiti kəndin yaxınlığında əkin sahəsindən tapılıb.
Gənc oğlanın hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.