Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.