Mətanət Quliyeva
09 dekabr 2025 11:00 (UTC +04:00)

Mətanət Quliyeva

Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO - YENİLƏNİB

0

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.

Nicat qurumda məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib./qafqazinfo

***

saat 23:45

Bakıda evdən üzərində güllə yarası olan kişi meyiti tapılıb. 

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 

Rayon ərazisindəki evlərdən birində üzərində güllə yarası olan kişi meyiti aşkar edilib. 

Ehtimallardan biri də, onun odlu silahdan özünə atəş açmasıdır.

Faktla bağlı araşdırma aparılır. 

"Konkret.az" saytı isə xəbər verir ki, Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.

Saytın yazdığına görə, qətlə yetirilən akademik, AMEA-nın prezidenti İsa Həbibbəylinin baldızı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2424

Oxşar yazılar