Gülüstan Sarayının yaxınlığında baş verən YANĞI SÖNDÜRÜLDÜ  - VİDEO  -YENİLƏNİB
18 iyun 2021 01:18 (UTC +04:00)

Gülüstan Sarayının yaxınlığında baş verən YANĞI SÖNDÜRÜLDÜ - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***
01:03

Mətnə video əlavə olunub.

***

23:37


Bu gün Bakıda axşam saatlarında Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, ilkin məlumata görə, əraziyə siqaret kötüyü atılıb və bu, yanğına səbəb olub.

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.

# 1848
avatar

Oxşar yazılar