Hacı Şahinin məzarı ziyarət üçün bağlandı
09 mart 2023 21:20 (UTC +04:00)

Hacı Şahinin məzarı ziyarət üçün bağlandı

Mərhum Hacı Şahin Həsənlinin ailəsi müraciət yayıb.

Lent.az xəbər verir ki, bu barədə Hacı Şahinin sosial şəbəkə hesabında paylaşım edilib.

Müraciətdə deyilir ki, Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır:

"Hacının ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarətinizi təxirə salasınız. Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik".

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

# 5709
avatar

Fidan İlqar

Oxşar yazılar