Hafiz Həsənov, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri
21 mart 2025 10:45 (UTC +04:00)

Hafiz Həsənov, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri

Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar