Hava limanı yolunda qəza - Böyük tıxac yarandı
12 oktyabr 2025 02:45 (UTC +04:00)

Hava limanı yolunda qəza - Böyük tıxac yarandı

0

Bakının Suraxanı rayonu Böyükşor şossesinin hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə, “Hyundai” markalı avtomobilin, həmin ərazidə dayanmış vəziyyətdə olan, “Ford” markalı avtomobilə qoşulmuş təmir avadanlığına çırpılması nəticəsində baş verib.

Nəticədə, “Hyundai” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza səbəbindən ərazidə ciddi tıxac yaranıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar