Həmkəndlisinin qətlində şübhəli bilinən şəxs saxlanıldı -YENİLƏNİB
08 dekabr 2022 08:33 (UTC +04:00)

Həmkəndlisinin qətlində şübhəli bilinən şəxs saxlanıldı -YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.
 

***

05.25

Biləsuvar rayonu, Xırmandalı kənd kənd sakini Mehtun Qarayevi öldürməkdə təqsirli bilinən şəxs saxlanılıb. 

Bu barədə Lent.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, şəxsi münasibətlər zəminində əməli törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

***

04.07

Dekabrın 8-da saat 03 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
 

# 2538
avatar

Oxşar yazılar