Hərbi həkimlərimiz Kahramanmaraşda 
08 fevral 2023 02:40 (UTC +04:00)

Hərbi həkimlərimiz Kahramanmaraşda 

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlər zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.
 

# 1698
avatar

Oxşar yazılar