Hindistanlı turist buradan yoxa çıxıb - Lent.az-ın əməkdaşı hadisə yerində
05 iyun 2022 14:06 (UTC +04:00)

Hindistanlı turist buradan yoxa çıxıb - Lent.az-ın əməkdaşı hadisə yerində

24 gündür Zaqatala dağlarında yoxa çıxan Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathinin axtarışları davam edir. 

​​​​​​Lent.az-ın hazırda Zaqatalada olan əməkdaşı Səbuhi Məmmədlinin verdiyi məlumata görə, bu gün səhər tezdən bir qrup alpinist Qəbizdərədən Honzoqor zirvəsi istiqamətində yenidən turistin axtarışlarına başlayıb.

Axtarışlarda itkin düşən turistin qardaşı Dxaran da iştirak edir.  

Əməkdaşımız yoxa çıxan turistin qardaşı ilə söhbətləşib. 

O qeyd edib ki, mayın 13-ü saat 12-dən qardaşı ilə əlaqə kəsilib:

"O, sonuncu dəfə Hindistandakı dostları ilə əlaqə saxlayıb, onlara Zaqatalanın əsrarəngiz təbiəti barədə məlumat verib. Axtarışlar çox yaxşı gedir. Adiyyəti dövlət qurumları da işlərini yaxşı qurublar. Dövlət qurumları ilə yanaşı axtarışlara yerli sakinlər və alpinistlər də qoşulub. Ümidimizi itirməmişik. İnanırıq ki, qardaşım salamat tapılacaq". 

# 10011
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar