İki ay əvvəl Kür çayının Tovuz rayonundan keçən hissəsində batan ikinci şəxsin də meyiti tapılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan ikinci şəxs - 36 yaşlı Sadıqov Elxan Sakit oğlunun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
14 avqust 2024 Saat:15:41
İki ay əvvəl Kür çayında batan iki nəfərdən birinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.