İnternetdə  pul uduzan   şagird özünü binadan atdı - Azərbaycanda
09 mart 2023 18:59 (UTC +04:00)

İnternetdə pul uduzan şagird özünü binadan atdı - Azərbaycanda

Şirvanda 11-ci sinif şagirdi özünü hündürlükdən atıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 16 yaşlı Əhmədli Cavid Emil oğlu özünü yarımçıq tikilidə hündürlükdən ataraq intihara cəhd edib.

Ağır xəsarətlər alan yeniyetmə Şirvan xəstəxanasına yerləşdirilib. İntihara cəhdə səbəb yeniyetmənin "online" oyunda 800 manat pul uduzması olub. Faktla bağlı araşdırma aparılır.

# 3243
avatar

Oxşar yazılar