Kafedə narkotik gizlədən SAXLANILDI
23 iyul 2022 17:14 (UTC +04:00)

Kafedə narkotik gizlədən SAXLANILDI

Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Nurlan Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb. N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1830
avatar

Aytəkin Cəlali

Oxşar yazılar