Kənddə evdən  qadın meyiti   tapıldı
02 fevral 2023 19:07 (UTC +04:00)

Kənddə evdən qadın meyiti tapıldı

Tərtər rayonunda evdən meyit tapılıb. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. 

Kənddəki evlərin birində qadın meyitinin aşkarlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

Araşdırmalar nəticəsində meyiti tapılan qadının həmin ünvanda yaşayan 67 yaşlı Rəna Bayramova olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. 

# 2346
avatar

Fidan İlqar

Oxşar yazılar