Kişi ayı ilə  əlbəyaxa döyüşdü:   Sağ qaldı
31 may 2023 15:19 (UTC +04:00)

Kişi ayı ilə əlbəyaxa döyüşdü: Sağ qaldı

ABŞ-ın Oreqon ştatının La Qrande şəhərinin sakini bir gün əvvəl toyuqlara hücum etdiyi üçün yaraladığı ayı ilə əlbəyaxa dava edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, La Grande şəhərindən olan Kreyq Lankford əlində silahla ertəsi gün yaralı heyvanın axtarışına çıxıb.

Tezliklə öz evinin yaxınlığında bir ayı ilə qarşılaşıb. Kişi yenidən atəş açıb, lakin ayı ona hücum edib. Döyüş nəticəsində Lankford qəzəbli heyvanla mübarizə apararaq sağ qala bilib, lakin o, əllərindən və başından xəsarətlər alıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, həkimlər onun tezliklə tam sağalacağını bildiriblər.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib. Hüquq-mühafizə orqanları yaralı heyvanın olduğu ərazini bağlayıb, yalnız təhlükə aradan qaldırıldıqdan sonra yenidən açıb.

# 1782
avatar

Fidan İlqar

Oxşar yazılar