Kişi keçmiş arvadına balta ilə  xəsarət yetirdi -YENİLƏNİB
20 iyul 2022 04:22 (UTC +04:00)

Kişi keçmiş arvadına balta ilə xəsarət yetirdi -YENİLƏNİB

Qazaxda balta ilə xəsarət yetirilən qadının  kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Qarapapaq kənd sakini, 1981-ci il təvəllüldü Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 
Onlar bir müddər əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verib. Hadisə azyaşlı uşağın gözü qarşısında olub. Faktıa bağlı araşdırma aparılır.
 

***

04.02

Qazaxda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Kənd sakini qisqanclıq zəmnində həyat yoldaşını balta ilə vurub. Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
 

# 2643
avatar

Oxşar yazılar