Kişi silahla  həyat yoldaşını   döydü
05 iyun 2022 08:37 (UTC +04:00)

Kişi silahla həyat yoldaşını döydü

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən döyülüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində baş verib.

1995-ci il təvəllüdlü Könül Məhərrəmova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, qadın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, həyat yoldaşı qadını odlu silahın qundağı ilə vurub.

Faktla bağlı araşdırma aparılır.
 

# 2073
avatar

Oxşar yazılar