Külli miqdarda narkotikin İrandan gətirilməsinin qarşısı alındı - FOTO
17 mart 2023 12:00 (UTC +04:00)

Külli miqdarda narkotikin İrandan gətirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik gətirmək istəyənlər saxlanlılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, martın 17-də saat 4 radələrində “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 1233
avatar

Oxşar yazılar