Kütləvi zəhərlənmə - Dönər yeyən məktəblilər xəstəxanaya yerləşdirildi
10 dekabr 2025 01:18 (UTC +04:00)

Kütləvi zəhərlənmə - Dönər yeyən məktəblilər xəstəxanaya yerləşdirildi

0

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar