Masallıda ev yandı, 80 yaşlı kişi... -YENİLƏNİB -FOTO
14 yanvar 2023 21:52 (UTC +04:00)

Masallıda ev yandı, 80 yaşlı kişi...-YENİLƏNİB-FOTO

Masallının Xırmandalı kəndində yanğın zamanı ev sahibi, 80 yaşlı Cəfərov Fazil Alışan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Lent.az-ın xəbərinə görə, zərərçəkən boyun nahiyəsi, kürək və əllərin yanıq  xəsarətləri ilə təcili tibbi yardım avtomobili ile Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ilkin məlumata görə, yanğına odun sobasının alışması səbəb olub. 

Qeyd edək ki, Fazil Cəfərov evdə tək yaşayır.
 

***

18.38

Masallıda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 4179
avatar

Oxşar yazılar