Masallıda maşından 7 kiloya yaxın narkotik tapıldı
26 may 2023 11:24 (UTC +04:00)

Masallıda maşından 7 kiloya yaxın narkotik tapıldı

Masallıda avtomobildən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə Ərkivan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini İ.Qarayevə məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı F.Əliyevə məxsus 2 kiloqram 390 qram heroin və 4 kiloqram 525 qram marixuana aşkar olunaraq götürülüb.

# 1140
avatar

Oxşar yazılar