Masallıda maşın aşdı: 1 ölü, 3 yaralı var
02 dekabr 2025 10:14 (UTC +04:00)

Masallıda maşın aşdı: 1 ölü, 3 yaralı var

0

Masallıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Həsənli kəndi ərazisində qeydə alınıb.

35 yaşlı Hüseynova Fərmudə Əlipənah qızının “Nussan Sunny minik” markalı avtomobili idarəetmədən çıxaraq, anidən aşıb. Nəticədə sürücü və sərnişinləri 50 yaşlı İsmayılova Gülşən İsa qızı, 40 yaşlı Nuriyeva Nuriyə Rasim qızı və 64 yaşlı Vəlişova Sevda İsa qızı xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər. Lakin görülən tədbirlərə baxmayaraq, S.Vəlişova ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar