"Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI  - VİDEO
23 oktyabr 2021 02:52 (UTC +04:00)

"Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI - VİDEO

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə əks istiqamətdə hərəkətdə olan motosiklet sürücüsü Nizami küçəsi ilə Yusif Səfərov küçələrinin kəsişməsində işıqforun yaşıl işığından keçən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Zərbənin gücündən motosiklet aşıb, sürücüsünün isə hər iki ayaq sümüyü sınıb. Yaralı xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü Ruslan Məmmədovun APA-ya verdiyi məlumatına görə, motosikletdə heç bir işıqlandırma sistemi olmayıb  və onun sürücüsü Yusif Səfərov küçəsində əksinə hərəkət edib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 1680
avatar

Oxşar yazılar