Məşhur xəstəxananın həkimini maşın vurdu  
27 aprel 2022 01:30 (UTC +04:00)

Məşhur xəstəxananın həkimini maşın vurdu  

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şəfaət Mehdiyev küçəsində baş verib.

Yolu keçən 1981-ci il təvəllüdlü Hüseynova Nərgiz Nadir qızını minik avtomobili vurub. O, sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, xəsarət alan N.Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasının həkimidir.
 

# 2631
avatar

Oxşar yazılar