Motosikletçi qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı
06 oktyabr 2026 10:30 (UTC +04:00)

Motosikletçi qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı

0

Türkiyədə azərbaycanlı sürücünün iştirakı ilə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki. hadisə axşam saat 23 radələrində Mahmutlar məhəlləsinin Atatürk prospektində baş verib.

Tayfun Arlının idarə etdiyi motosiklet Azərbaycan vətəndaşı B.S.-nin idarə etdiyi yük avtomobili ilə toqquşub. Zərbənin gücündən yük avtomobili motosikleti bir neçə metr sürüyüb. Qəza nəticəsində motosiklet sürücüsü Tayfun Arlı ağır yaralanıb.

Qəzadan sonra yük avtomobilinin sürücüsü B.S.-nin hadisə yerindən qaçdığı bildirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində sürücü qısa müddətdə saxlanılıb.

Xəstəxanaya yerləşdirilən Tayfun Arlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb. Yük avtomobilinin sürücüsü B.S. polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar