MTN-in tutduğu narkobaron  həbsxanada öldü
11 yanvar 2023 14:03 (UTC +04:00)

MTN-in tutduğu narkobaron həbsxanada öldü

Bakıda daha bir məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən Səttarxan Əsgər oğlu Cabbarov qəfil ölüb. Onun xəstəlikdən öldüyü güman edilir.

Qeyd edək ki, S.Cabbarov İrandan Azərbaycana narkotik daşıyan mütəşəkkil dəstənin üzvü olub. Narkobaron kimi tanınan S.Cabbarov 2009-cu ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

S.Cabbarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdən çıxmasına 1 il qalmışdı.

# 2646
avatar

Oxşar yazılar