Narkotik satan qadın HƏBS EDİLDİ -VİDEO
11 iyun 2022 13:18 (UTC +04:00)

Narkotik satan qadın HƏBS EDİLDİ -VİDEO

Xaçmaz Rayon Polis Şöbəsinin  Xudat Polis Bölməsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xudat şəhər sakini Reyhan Mirzəyevanı saxlayıblar. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 300 qrama yaxın  narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə  metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

# 2442
avatar

Aytəkin Cəlali

Oxşar yazılar