Naxçıvanda  dəm qazından   zəhərlənmə: 40 yaşlı qadın...
27 yanvar 2023 21:57 (UTC +04:00)

Naxçıvanda dəm qazından zəhərlənmə: 40 yaşlı qadın...

Naxçıvan şəhərində dəm qazından zəhərlənmə olub.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Arifə Kəngərli yaşadığı evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağla araşdırma aparılır.

# 1608
avatar

Oxşar yazılar