Naxçıvanda qəza baş verdi, xəsarət alan var
25 may 2024 01:12 (UTC +04:00)

Naxçıvanda qəza baş verdi, xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində (məhəllə 20) qeydə alınan qəzaya səbəb havanın yağışlı olmasıdır.

Qəza nəticəsində 67-BG-739 dövlət nömrəli nişanlı "VAZ 2106" markalı avtomobillə 75-BB-083 dövlət nömrə nişanlı "Subaru" markalı avtomobil toqquşub.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2013
avatar

Oxşar yazılar