Ordubadda maşın aşdı, ölən var
24 noyabr 2022 15:46 (UTC +04:00)

Ordubadda maşın aşdı, ölən var

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 23-də saat 1 radələrində Ordubad rayonunun Dəstə kəndi ərazisində qeydə alınıb. Rayon sakini Maqsud Yusifli idarə etdiyi “Kia” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı Ordubad rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2133
avatar

Oxşar yazılar