Özünü öldürmək üçün binanın damına çıxdı
22 iyun 2022 13:48 (UTC +04:00)

Özünü öldürmək üçün binanın damına çıxdı

Gəncədə intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

# 1563
avatar

Mehman Nəbiyev

Oxşar yazılar