Polisə tabe olmayan “BMW” sürücüsü  HƏBS OLUNDU
30 iyul 2022 10:18 (UTC +04:00)

Polisə tabe olmayan “BMW” sürücüsü HƏBS OLUNDU

Polisin tələbinə əməl etməyən şəxs həbs olunub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Qəzənfər Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.

# 2133
avatar

Fidan İlqar

Oxşar yazılar