Ağstafada kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
28 yaşlı Vidadi Muradov (şərti adla) gecə saatlarında arvadını yatdığı yerdə döyərək, boğub. Bundan sonra onun qayınanası hüquq-mühafizə orqanlarına şikayət edib.
Şikayət əsasında Vidadi polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
V. Muradov bildirib ki, arvadı ilə rəsmi nikahda 1 oğlan uşaqları var. Mübahisələrinə səbəb arvadının tez-tez ata evinə aparılmasıdır. Lakin o, arvadını və qayınanasını döymədiyini bildirib. Vidadi buna baxmayaraq, baş verən mübahisələrə görə peşman olduğunu və zərərçəkənlə barışdıqlarını deyib.
Zərərçəkən qadın isə ifadəsində bildirib ki, Vidadi gecə saatlarında sərxoş halda evə gəlib və onun evin qapısını qırmağını bəhanə edərək, yumruqla başına çoxlu zərbələr vurub. Bundan sonra onu boğub. Hazırda onun və anasının Vidadiyə qarşı şikayəti yoxdur.
Hər iki tərəf protokola xitam verilməsini və Vidadinin məsuliyyətdən azad olunmasını istəyib.
Məhkəmənin qərarı ilə inzibati protokola xitam verilərək, V. Muradov məsuliyyətdən azad olunub.