Qaxda çayxanada FACİƏ:  Çay içən müəllim...
25 may 2023 19:35 (UTC +04:00)

Qaxda çayxanada FACİƏ: Çay içən müəllim...

Qaxda çayxanada ölüm hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

46 yaşlı Qax şəhər sakini İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da İ.Nəzərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İ.Nəzərovun ölümünün dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, İ. Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

# 3639
avatar

Oxşar yazılar