Birgə yaşadığı kişini,  onun anasını və qızını  öldürən qadın   tutuldu -  YENİLƏNİB
05 oktyabr 2026 16:51 (UTC +04:00)

Birgə yaşadığı kişini, onun anasını və qızını öldürən qadın tutuldu - YENİLƏNİB

0

Nijni Novqorodda birgə yaşadığı kişini, anasını və qızını parçalayan kişi qaçıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qaçdıqdan sonra o, kişi ilə gizlənib və münaqişə zamanı onu da öldürüb. Sonra o, sevgilisinin anası və qızının yanına gedib, qadınların ilk qurbanının itkin düşdüyünü bildirməməsi üçün onları da öldürüb.

Ən son məlumata görə, hər 3 şəxsin qətlində şübhəli bilinən qadın saxlanılıb. 
 

***

16:18

Nijni Novqorodda nənə və nəvəni parçalayan şəxsin üçüncü qurbanı tapılıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, kişidir.

Onun qətlə yetirilən nənə və nəvənin qohumu olduğu bildirilir. 

İlkin məlumatlara görə, ölən kişinin cəsədi əvvəlki qurbanlarla əlaqəli ünvanda tapılıb.

***

16:01

Nijni Novqorodun girişində yol polisi əməkdaşları iki parçalanmış cəsəd aşkar ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Borski körpüsünün yaxınlığındakı yol polisi məntəqəsində polis sənədləri yoxlamaq üçün Nijni Novqorod nömrə nişanlı şübhəli "Qazel"i saxlayıb. Elə bu zaman sərnişin nəqliyyat vasitəsindən düşərək qaçıb. Sürücü naməlum yük daşımaq üçün sifariş aldığını bildirib.

Yük maşınına baxış zamanı iki parçalanmış cəsəd aşkar edilib. Onların hissələri torbalara yığılıb. Onların yetkin qadın və 18 yaşlı qız - nənə və nəvə olduğu ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar