Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı-YENİLƏNİB
26 mart 2023 08:14 (UTC +04:00)

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı-YENİLƏNİB

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saaxlanılıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.
 

***

20.49

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.
 

# 4509
avatar

Oxşar yazılar