Qod Nisanovun bazarı yanır
17 noyabr 2022 16:17 (UTC +04:00)

Qod Nisanovun bazarı yanır

Moskvanın ən böyük bazarlarından birində “Sadovod”da yanğın baş verib, təxliyyə aparılır. 

Lent.az xəbərverir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.

İlkin məlumata görə, yanğının sahəsi 50 kvadratmetrdir. Yanğın iki ticarət pavilyonunu bürüyüb.

Bildirilib ki, “Sadovod” bazarında yanğınla bağlı məlumat saat 13:52-də daxil olub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almaq və yanğını söndürmək üçün tədbir görürlər.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, “Sadovod” bazarının azərbaycanlı iş adamı Qod Nisanova məxsus olduğu deyilir.

# 2157
avatar

Oxşar yazılar