Qubada FACİƏ:  Ailəsi kişinin asılmış meyitini tapdı
08 may 2023 10:42 (UTC +04:00)

Qubada FACİƏ: Ailəsi kişinin asılmış meyitini tapdı

Quba rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 53 yaşlı Xudabaxış İsgəndərov yaşadığı evin həyətindən özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

# 1446
avatar

Fidan İlqar

Oxşar yazılar