Rayondan gələn qadını   "Mercedes" vurub öldürdü
26 sentyabr 2022 17:51 (UTC +04:00)

Rayondan gələn qadını "Mercedes" vurub öldürdü

Bakıda avtomobil vuran 45 yaşlı qadın həyatını itirib. 

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Xətai rayonu, "8 noyabr" prospektində baş verib. 

Yolu keçmək istəyən piyada – Saatlı rayon sakini Əhmədova Rəmziyyə Bəhlul qızı Bakı şəhər sakini 26 yaşlı Bayramlı Anarın idarə etdiyi “Mersedes” markalı avtomobil ilə vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ə. Rəmziyyə xəstəxanaya aparılarkən yolda ölüb. 


 

# 2469
avatar

Sevinc Fərid

Oxşar yazılar