Rusiyada evlənən azərbaycanlı kişi məhkəməlik oldu
14 mart 2023 10:35 (UTC +04:00)

Rusiyada evlənən azərbaycanlı kişi məhkəməlik oldu

Xakasiyada azərbaycanlı kişinin nikahı etibarsız elan edilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Azərbaycan vətəndaşı ilə Rusiya vətəndaşı arasında saxta nikah bağlanıb. Aldatma faktı miqrasiya qanunvericiliyinin icrasının auditi zamanı aşkarlanıb.

Mütəxəssislər müəyyən ediblər ki, ər-arvad arasında nikah ailə qurmaq üçün real niyyət olmadan, lakin əcnəbinin Rusiya Federasiyasında olmasını qanuniləşdirmək üçün bağlanıb. Onlar birlikdə yaşamayıblar, hətta eyni ərazidə olmayıblar.

Məhkəmə qərarı hələ qanuni qüvvəyə minməyib.
 

# 1452
avatar

Mehman Nəbiyev

Oxşar yazılar