Rusiyadan qaçan  “qanuni oğru”   AZADLIQDA
06 fevral 2023 19:47 (UTC +04:00)

Rusiyadan qaçan “qanuni oğru” AZADLIQDA

Rusiya Baş Prokurorluğu tərəfindən ekstradisiyası tələb olunan, kriminal aləmdə Levan Suxumski kimi tanınan “qanun oğru”, 47 yaşlı Levan Abuladze İspaniya həbsxanasından azad edilib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Abuladze Vladimir məhkəməsindən qaçması ilə bağlı Rusiya hakimiyyətinin tələbi ilə saxlanıldıqdan sonra 2021-ci ilin avqustundan Madrid və Salamanka həbsxanalarında saxlanılır. Bir il yarımdan sonra İspaniya məhkəməsi avtoritetin müdafiəçisinin sözlərinə inanıb və belə qənaətə gəlib ki, qaçış olmayıb və “qanuni oğru” müstəqil olaraq Vladimir şəhər məhkəməsinin binasını tərk edib.

2020-ci ilin dekabrında Abuladze həbs müddətinin uzadılması üçün məhkəməyə gətirilib. Orada vəkillər təkidlə müşayiət edənlərin avtoritetin qandallarının açılmasını tələb ediblər. Bundan sonra mühafizəçilərin diqqətini yayındıran Abuladze tualetə gedib və naməlum istiqamətdə gözdən itib.

Bir il sonra İspaniya polis agentləri ölkədə məskunlaşan kriminal icmaya nəzarət etmək niyyətində olan nüfuzlu rusiyalı “qanuni oğru”nun ölkəyə gəlişindən xəbər tutdular. O, Barselona hava limanında Ukrayna vətəndaşının saxta pasportu ilə ölkəyə daxil olmaq istəyərkən yaxalanıb.

# 2331
avatar

Oxşar yazılar