Rusiyalı deputat Ukraynada  həlak oldu
11 noyabr 2022 18:19 (UTC +04:00)

Rusiyalı deputat Ukraynada həlak oldu

Novosibirsk vilayətindən olan deputat, 39 yaşlı Dmitri Şmakov Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məlumatı rusiyalının işlədiyi Maslyaninski rayonu administrasiyasından təsdiqləyiblər.

O, avqust ayında könüllü olaraq xidmətə gedib. "Mamonovo kəndinin sakinləri Dmitrini intizamlı, düz, nəticəyə yönəlmiş bir insan kimi xatırlayacaqlar", -  administrasiyadan bildirilib.

Dmitri Şmakov  oktyabrın 7-də Donbasda dünyasını dəyişib.


 

# 1659
avatar

Arzu Qurbanlı

Oxşar yazılar