Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində sürücü 27 yaşlı Qədirli Elgün Pənah oğlu və sərnişin 53 yaşlı Əliyev Arif Şəmi oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, Əliyev Arif Şəmi oğlunun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.