Şamaxıda göldə batan 3 yeniyetmədən YENİ XƏBƏR
25 iyul 2022 12:26 (UTC +04:00)

Şamaxıda göldə batan 3 yeniyetmədən YENİ XƏBƏR

Şamaxıda üç yeniyetmə göldə batıb. 

Şamaxı rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 20-də Şamaxı rayonu ərazisində yerləşən süni göldə üç nəfər yetkinlik yaşına çatmayan şəxsin suda boğulması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən olunub ki, Şamaxı rayon sakinləri 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov və Fərid Rəcəbov rayonun Əhmədli kəndində Pirsaat çayının yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sərxan Osmanov tərəfindən aidiyyəti dövlət orqanlarından rəsmi icazə alınmadan və müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilmədən ödənişli çimərlik kimi istifadəyə verilən süni yaradılmış göldə çimərkən suda batıblar. Nəticədə Ağaqardaş Rəhimov və Rəvan Mirzəyevin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

# 2220
avatar

Oxşar yazılar