Şamaxıda yük maşını aşdı: Sürücü ölüb
03 avqust 2022 18:43 (UTC +04:00)

Şamaxıda yük maşını aşdı: Sürücü ölüb

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinad'n xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Şamaxı-Padarçöl yolunun Dağ Göylər kəndi ərazisində qeydə alınıb. Sabirabad kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İlqar Əlikişi oğlu idarə etdiyi 99-NV-439 dövlət nömrə nişanlı "Shacmann" markalı yük avtomobili ilə dağlıq ərazidəki yolda hərəkətdə olarkən əyləc sistemində yaranan problem səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil bir neçə dəfə yuvarlandığı üçün 3 hissəyə bölünüb. Nəqliyyat vasitəsi aşağıya düşərək kənd sakinlərindən birinin həyətyanı sahəsinin hasarına çırpılıb. Sürücü İlqar Cəfərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə barədə məlumat yayıb. Məlumata görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1893
avatar

Oxşar yazılar

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

20 aprel 2024 , 11:35
Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01