Şəkidə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə təxminən 1 saat əvvəl Şəki şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini, 41 yaşlı Qafqaz Bağırov yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.