Sərxoş ana uşaqlarını evdə qovdu
02 iyun 2023 09:23 (UTC +04:00)

Sərxoş ana uşaqlarını evdə qovdu

Volqoqradda çoxuşaqlı ana səkkiz yaşlı qızı və dörd yaşlı oğlunu evdən qovub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 156-cı maddəsi (yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəlikləri yerinə yetirməmək) ilə cinayət işi başlanıb.

Məlumata görə, himayəsində üç övladı - səkkiz yaşlı qızı, dörd və iki yaşlı oğlanlar olan 31 yaşlı qadın mütəmadi olaraq spirtli içkilərdən sui-istifadə edir. O, uşaqları döyüb və qızının məktəbdə oxumasına imkan verməyib.

Qadın yenidən böyük uşaqları evdən qovaraq spirtli içki içməyə başlayıb. Qız və oğul tramvaya minib Voroşilovski rayonuna gediblər. Küçədə onları görənlər polisə məlumat veriblər.

2022-ci ildə çoxuşaqlı ana iki dəfə valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Onun barəsində cinayət işi başlanıb, uşaqlar sosial müəssisəyə aparılıb. Polis ananın valideynlik hüququndan məhrum edilməsi üçün sənədlər toplayır.

# 792
avatar

Oxşar yazılar